Accessibility links

Bakıda keçmiş bələdiyyə sədri həbs edilib


Aytac Əliyeva
Aytac Əliyeva

İqtidarda olan Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının keçmiş sədr müavini və Bakının Binəqədi rayonunun keçmiş bələdiyyə sədri Aytac Əliyeva həbs olunub.

Daxili İşlər Nazirliyinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumatı təsdiq edib.

Bildirilir ki, Aytac Əliyeva 2020-2021-ci illərdə qızıl-zinət əşyalarının alqı-satqısı adı altında vətəndaşları aldadaraq onların ümumilikdə 389 min manat vəsaitini mənimsəyib. Bundan əlavə, pul müqabilində bir vətəndaşa Binəqədi qəsəbəsində torpaq sahəsinin satışına dair saxta sənəd verib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələrilə cinayət işi başlayıb.

Keçmiş bələdiyyə sədrinin bacısı İlknur Əliyeva da Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur.

Həbs edilən şəxslərin ailə üzvləri və vəkilləri hələ bu məlumatlara münasibət bildirməyib.

XS
SM
MD
LG