Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib. APA agentiyinin məlumatına görə, paytaxt məktəblərinin mühafizəsinə silahlı polis əməkdaşları cəlb edilib.
Agentlik bildirir ki, təhlükəsizlik tədbirləri daha çox Bakının Nardaran qəsəbəsinə yaxın kənd və qəsəbə məktəblərində həyata keçirilir. Bütün müəllim və valideynlərə uşaqları nəzarətsiz qoymamaları barədə xəbərdarlıq edilib. Valideynlərə tapşırılıb ki, uşaqları məktəbə özləri gətirib, özləri evə aparsınlar.
Hüquq-mühafizə orqanlarından APA-ya orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təsdiqlənib.
Bununla yanaşı, rəsmi qurumlar bununla bağlı hər hansı məlumat yaymayıb.