Accessibility links

Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilib


Böyük Bakının planı
Böyük Bakının planı

12 metr hündürlükdə yaşayış evlərinin tikintisinə icazə sənədləri olmadan, yerli icra hakimiyyətini və müvafiq strukturu xəbərdar etməklə başlamaq olar.

Milli Məclis növbədənkənar plenar iclasında “Şəhərsalma və Tikinti Məcəlləsi”ni qəbul edib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəllə Amerika Ticarət Palatasının, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin tövsiyələrinə uyğundur.
Sənəddə ərazi planlaşdırılması, ictimaiyyət üçün şəhərsalma üzrə şəffaf və əlverişli sənədləşmə, fiziki imkanları məhdud şəxslərin ümumi istifadə obyektlərindən istifadə imkanlarının təminatı, tikinti obyektlərinin təhlükəsizliyinin təminatı, tikinti fəaliyyətinin ətraf mühitə təsiri, tikintiyə icazə proseduru və s. əksini tapıb.
Sənəd tikintiyə “vahid pəncərə” prinsipi üzrə icazə verilməsini nəzərdə tutur. İcazə əlaqədar qurumların və şəxslərin rəyi nəzərə alınmaqla layihənin normativlərə uyğunluğu yoxlandıqdan sonra veriləcək. Yaşayış evlərinin tikintisinə (üç mərtəbədən və 12 metr hündürlükdən çox olmamaqla) icazə sənədləri olmadan, yerli icra hakimiyyətini və müvafiq strukturu xəbərdar etməklə başlamaq olar. Ev hazırlanmış layihəyə uyğun olaraq inşa edilməlidir.
İcra hakimiyyətinin müvafiq strukturu bir ay ərzində layihə ilə bağlı iradlarını və rəyini bildirməlidir. Əks halda, tikintiyə icazəsiz başlamaq olar. İcra hakimiyyətinin əsaslı iradları mütləq nəzərə alınmalıdır.
Məcəllədə obyektlərin qiymətləndirilməsi prinsipləri də əksini tapıb.
XS
SM
MD
LG