Accessibility links

Bakı sakinlərinin Novruz Bayramı hazırlıqları


Bakı sakinlərinin Novruz Bayramı hazırlıqları
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Bakıda Novruz Bayramı qeyd olunur. Novruz Bayramının özünəməxsus adət-ənənələrindən biri bayram süfrəsinin hazırlanmasıdır. Bayramla əlaqədar bazarlarda canlanma müşahidə olunur.

Bakıda Novruz Bayramı qeyd olunur. Bu bayramın özünəməxsus adət-ənənələrindən biri də bayram süfrəsinin hazırlanmasıdır. Bayramla əlaqədar bazarlarda canlanma müşahidə olunur. Bazarlardakı piştaxtalarda quru meyvə və çərəzlər də bolluq təşkil edir. Bununla yanaşı hər növ meyvə-tərəvəz da alıcılara təklif olunur. Satıcılar deyir ki, bayramqabağı bazarda alıcılıq qabiliyyəti artıb. Onlar düşünür ki, bayrama qədər vəziyyət o qədər ürəkaçan olmasa da, bayram alış-verişi üçün insanlar ciblərinə uyğun bazarlıq edirlər. Bayram süfrəsi üçün qoz ləpəsinin qiyməti 11 manatdan başlayaraq 20 manatadək dəyişir. Fındıq ləpəsi isə 10-13 manata təklif olunur. Bayram süfrəsinin bəzəyi olan plov üçün düyünün qiyməti 3-6 manata, şabalıd 5 manat, qaysı 6 manat, kişmişin qiyməti isə 3 manatdan 15 manatadək dəyişir. Bakı sakinləri bayram hazırlıqlarını tamamlamaq üçün bazarlara üz tutub. Qiymətlərlə bağlı alıcıların fikirləri müxtəlifdir. Bəziləri bazar qiymətlərinin münasib olduğunu deyir, bəziləri isə bu il qiymətlərin artdığını. Alıcılar deyir ki, bayram süfrəsi üçün bazarlığa ən azı 200 manat xərcləmək lazımdır.

XS
SM
MD
LG