Accessibility links

Bakının işğaldan azad edilməsindən 92 il ötür


Bakının işğaldan azad edilməsindən 92 il ötür
Bakının işğaldan azad edilməsindən 92 il ötür

Cənab Həsənlinin sözlərinə görə, Bakının azad edilməsi tarixi təsadüfi seçilməyib. “Məhz sentyabrın 15-də Qurban bayramı qeyd edilirdi. Türkiyənin müdafiə naziri Ənvər Paşa Bakının bu tarixə qədər azad edilməsi göstərişi vermişdi ki, “müsəlmanlar bayramı öz şəhərlərində qeyd etsinlər”.

Bu gün Bakının xarici qoşunların işğalından azad edilməsindən 92 il ötür. Bakı Dövlət Universitetinin doktoru Cəmil Həsənli “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını xarici qoşunlardan azad etməsi türk xalqlarının tarixinin şanlı səhifələrindəndir.

”Bakının işğaldan azad edilməsinə dünya siyasəti kontekstində bir hadisə kimi yanaşılmalıdır. Birinci Dünya Müharibəsinin son dövründə neft Bakısının əhəmiyyəti xeyli artdı, çünki həmin vaxt dünya neftinin 50%-i və Rusiya neftinin 85%-i Bakıda çıxarılırdı”. Alimin sözlərinə görə, şimaldan bolşeviklər, cənubdan - İrandan ingilislər Bakıya can atırdı. “Dünya müharibəsinin əvvəllərində Almaniyanın da Bakını ələ keçirmək planları var idi. Bakıya iqtisadi maraqlara görə yox, həmrəylik məqsədilə can atan yeganə qüvvə Türkiyə idi”, - deyə cənab Həsənli bildirib.
Onun fikrincə, Türkiyə 1918-ci ilin martında Bakıda azərbaycanlıların kütləvi qətllərinə reaksiya verən yeganə ölkə olub. “Həmin vaxt üç gün ərzində 12 min nəfər qətlə yetirilib. Buna görə Türkiyə Qafqaz İslam Korpusu Nuru Paşanın rəhbərliyi ilə köməyə tələsdi və Bakını azad etdi”.
Türk ordusunun Gəncədən hərəkət etdiyi yol boyunca yerli əhali onu xilaskar kimi qarşılayıb. Alim hesab edir ki, yerli əhalinin dəstəyi hücumun uğurunu təmin edib. “Qafqaz İslam Ordusunun hissələri Göyçay və Qaraməryəmdə düşmənə məhvedici zərbə endirdi”.
Cənab Həsənlinin sözlərinə görə, Bakının azad edilməsi tarixi təsadüfi seçilməyib. “Məhz sentyabrın 15-də Qurban bayramı qeyd edilirdi. Türkiyənin müdafiə naziri Ənvər Paşa Bakının bu tarixə qədər azad edilməsi göstərişi vermişdi ki, “müsəlmanlar bayramı öz şəhərlərində qeyd etsinlər”.
Tarixçi alim hesab edir ki, şərqdən Bakı kəndlərinin könüllü dəstələrinin şəhərə hücumu da hərbi əməliyyatın uğuruna şərait yaradıb. “Bakı azad edildikdən iki gün sonra Azərbaycan Milli hökuməti Gəncədən Bakıya köçdü”.
O 15 sentyabr tarixini milli bayramlar siyahısına daxil edilməsi təklifini irəli sürüb. “15 sentyabr Paytaxt günü elan edilməlidir”, - deyə cənab Həsənli qeyd edib.

XS
SM
MD
LG