Accessibility links

Bakı-Tbilisi-Qars dəmir yolunda sınaq qatarı hərəkətə buraxılıb


Bakı-Tbilisi-Qars dəmir yolu
Bakı-Tbilisi-Qars dəmir yolu

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində 2014-cü il 26 dekabr tarixində ilk sınaq qatarı hərəkətə buraxılıb. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bu münasibətlə keçirilmiş tədbirdə “Marabda-Kartsaxi dəmir yolu” MMC-nin rəhbərliyi, tikintini həyata keçirən “Azəryolservis” ASC-nin, həmçinin digər şirkət və təşkilatların nümayəndələri iştirak edib.

Sınaq uğurla keçirilib və qatar sərhəd stansiyasına çatdırılıb. Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün şərait yaradılıb.

Layihənin tam başa çatdırılması 2015-ci ilin sonuna nəzərdə tutulur.

XS
SM
MD
LG