Accessibility links

Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu olacaq


Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu olacaq
Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu olacaq

Foruma türkdilli dövlətlərin və müxtəlif dövlətlərdə türkdilli toplumların nümayəndələri dəvət edilib.

Oktyabrın 28-də Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu öz işinə başlayacaq. Tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondudur. Foruma Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - İraq, Bolqarıstan, Yunanıstan, Makedoniya və Kosovadan nümayəndələr dəvət olunub. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Azərbaycanın dövlət siyasəti və media: türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər” mövzusunda çıxış edəcək.

Üç iclasdan ibarət olacaq toplantının ikinci hissəsi panel iclaslar şəklində təşkil olunacaq. Birinci iclasda iştirakçı ölkələrin və toplumların nümayəndələri təmsil etdikləri bölgələrdə fəaliyyət göstərən media qurumlarının vəziyyəti barədə məlumat verəcəklər. Forumun ikinci iclasında iki panel mövzu ətrafında müzakirələr aparılacaq. Bunlardan birincisi “Türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici faktor kimi” mövzusudur. Digər iclas isə sosial medianın türkdilli xalqlar yaşayan bölgələrdəki vəziyyəti ilə bağlı olacaq. Forumun üçüncü iclası ötən ilin dekabrında Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumunda yaradılmış Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin qarşıda duran vəzifələri müəyyənləşdiriləcək.

XS
SM
MD
LG