Yanvarın 25-də Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında Rafael Hüseynzadə adlı vətəndaş təkbaşına aksiya keçirib.
Onun əlində “Siyasi məhbuslara azadlıq”, “Rədd olsun İlham Əliyev” şüarları olan plakat olub.
Meydan TV-yə müsahibə verən Rafael Hüseynzadə bildirib ki, aksiya keçirməsinin səbəbi başda bloger Mehman Hüseynov olmaqla bütün siyasi məhbusların azad edilməlidir.
Rafael Hüseynzadə deyib ki, həbs edilməsə, 8 saat ərzində burada, bu plakatla oturub, aclıq aksiyası etmək niyyətindədi
“Xalqımıza səslənirəm ki, xalqımızın diqqəti siyasi məhbusların azad edilməsi üzərində olsun. Əgər tutulmasam hər gün burada 8 saat ərzində yemək yemədən aclıq edəcəm.”
O həmçinin hərbi xidmtədə olarkən üzləşdiyi problemləri göstərib.
Rafael Hüseynzadə həm də ölkədə insanların günahsız yerə həbs edildiyini söyləyib:
Hamının azad edilməsini tələb edirəm. İnsanlara bu qədər işgəncə edildiyi, ədalətsizlik olduğu bəsdir daha.
“Hamının azad edilməsini tələb edirəm. İnsanlara bu qədər işgəncə verildiyi, ədalətsizlik edildiyi daha bəsdir."
Polis əməkdaşları Rafael Hüseynzadəni zorla avtomobilə mindirib, aparıb.
Hazırda onun hansı polis idarəsinə aparıldığı məlum deyil. Daxili İşlər Nazirliyindən hələlik, bu barədə məlumat almaq mümkün olmayıb.
Yerli hüquq müdafiəçiləri 150 şəxci siyasi məbhus kimi tanıyıb. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin hazırladığı sənədin layihəsində 130 nəfər məhbusun adı sadalanır.
Öz növbəsində Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların, o cümlədən ifadə və toplaşmaq azadlığının tam təmin edildiyini bildirir. Dövlət rəsmiləri siyasi məhbuslar, işgəncələrlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.