Accessibility links

Bakıda OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilir


Bakıda OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilir
please wait

No media source currently available

0:00 0:03:52 0:00

Bakıda OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilir

Toplantıda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı olub

Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.

Toplantıda OPEC-in Baş katibi Məhəmməd Barkindo, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edir. Tədbirdə, həmçinin OPEC üzvləri Əlcəzair, Birləşmiş Ərəb Əmirliklərinin, Kuveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruney nazir və yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunur.

OPEC ölkələri
OPEC ölkələri

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir.

Həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.

Toplantıda Azərbaycanın energetiika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş Katibi Məhəmməd Barkindonun çıxışları dinlənilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC+ formatı

Bakıda OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilir
Bakıda OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilir

qlobal neft bazarında pozitiv dinamikaya nail olmağa imkan yaradıb. O Azərbaycanın OPEC+ formatını dəstəkləməkdə davam edəcəyini deyib.

“Hazırda neft bazarında müsbət dinamika müşahidə olunur. OPEC+ formatı çərçivəsində əməkdaşlıq dünya energetika bazarına təsir edə biləcək effektiv bir platformadır. Bizim OPEC+ çərçivəsində əməkdaşlığımız risklərin yumşaldılması istiqamətində əvəzolunmazdır. Artıq müsbət nəticələrə nail olunub.”

OPEC+ formatı çərçivəsində əməkdaşlıq dünya energetika bazarına təsir edə biləcək effektiv bir platformadır.
Pərviz Şahbaov, energetika naziri

Şahbazov OPEC+ formatının dünya neft bazarına olduqca vacib dəstək verdiyini bildirib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xaled Abdel Əziz əl-Fəlih bildirib ki, OPEC və qeyri-OPEC ölkələrinin arasında əməkdaşlığın davam etdirilməsi OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının əsas mövzularından biri olacaq.

SOCAR prezidenti Rövnəq Abdullayeva OPEC -in iclasında
SOCAR prezidenti Rövnəq Abdullayeva OPEC -in iclasında

Onun sözlərinə görə, bu, neft bazarındakı oyunçulara özünə əminlik verəcək və 2014-cü ildə baş vermiş vəziyyətin təkrarlanmasına mane olacaq.

"Yaxın bir neçə həftə ərzində əməkdaşlıq planının qaralama formasını təqdim etməyi planlaşdırırıq", o qeyd edib.

Nazir hesab edir ki, son bir ildə OPEC və OPEC+ birgə səylərlə neft bazarında balansı bərpa edib.

"Neft bazarının mövcud vəziyyətini öyrənərkən ötən ilin sonu ilə müqayisədə yaxşılaşma olduğunu görürük, amma hələ də çox iş görməliyik", Əl-Fəlih vurğulayıb.

İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində bildirib ki, OPEC ölkələri 2019-cu il yanvarın 1-dən başlayaraq 6 ay müddətində bazardakı neftin gündə 1 milyon 200 min barrel azaldılmasına nail olmaq barədə razılığa gəlib.

“Bunun 800 min barreli gündəlik olaraq OPEC-in üzərinə düşür. 400 min barreli isə OPEC+ ölkələrinin üzərinə düşür. Bu ölkələrdən biri də Azərbaycandır. Yanvar ayı ilə bağlı hesabat açıqlanıb. OPEC rəhbərliyinin qeyd etdiyinə görə, yanvar ayında 83 faiz öhdəliyə əməl edilib. Hazırda monitorinq komitəsi yanvar-fevral aylarında əldə edilən nailiyyətləri müzakirə edir. İclasın nəticələrinin elan edilməsi bazarlara təsir edəcək,”o qeyd edib.

Neft qiymətləri martda 65-70 dollar dəhlizində qərarlaşmaqdadır,
İlham Şaban, ekspert

Ekspertin sözlərinə görə, OPEC və OPEC+ ölkələri əsas məqsədlərinin ədalətli qiymət dəhlizini müəyyən etmək olduğunu bəyan edib.

“Hesabatların ilkin müsbət nəticəsi odur ki, neft qiymətləri martda 65-70 dollar dəhlizində qərarlaşmaqdadır,” Şaban qeyd edib.

İclasdan bir gün öncə keçirilən mətbuat konfransında Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xəlid Əl-Falih deyib ki, Səudiyyə Ərəbistanı, ABŞ və Rusiya hazırda dünyanın ən böyük neft istehsalçılarıdır.

O bildirib ki, Venesuaela və İran ABŞ-ın sanksiyaları üzündən kənarda qalıb.

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərsə, bunu bütün dünya hiss edəcək.
Xaled Abdel Əziz əl-Fəlih, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri

"İran və Venesuelada ABŞ sanksiyalarına görə neft hasilatında azalmasına baxmayaraq, dünyada neft ehtiyatları kifayət qədərdir və dünya neft qiymətlərini optimal, sabit səviyyədə tutmaq üçün onların istehsalı tənzimlənir. Lakin ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərsə, bunu bütün dünya hiss edəcək. Rusiya Avropaya böyük qaz tədarükçüsü, Çin və Hindistana neft tədarükçüsüdür. Əgər bu sanksiyalar müntəzəm olarasa, Avropa, Asiya və bütün dünyaya təsir edəcək ", Əl Fatih qeyd edib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığa müsbət baxır, ölkələr bazarın sabitləşməsi üçün birgə addımlar atır, "bir dəyirmi masada digər neft istehsalçıları ilə birlikdə dünya neft bazarının sabitləşdirilməsini müzakirə edirlər".

OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes
OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes

Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, ABŞ-ın sanksiyaları çox mənfi xarakter daşıyır.

"Onlar karbohidrogen bazarını, tələb və təklif balansını təhrif edirlər. Bu, qeyri-qanunidir, çünki onlar birtərəfli qaydada BMT-nin razılığı olmadan qəbul edilir. ABŞ-ın hərəkətləri böyük şirkətlərin uzunmüddətli planlaşdırılmasının qəbul edilməsində qarışıqlıq yaradır. Amerikanın sanksiyalarının məqsədi dünya bazarlarına öz məhsulunu çıxarmaqdır, lakin bu, həmin bazarlarda yüksək dəyişkənlik (gözlənilməzlik) yaranmasına gətirib çıxarır. Məsələn, 2018-ci ilin noyabrında qəbul edilmiş ABŞ-ın İrana qarşı sanksiyaları nəticəsində bir neçə günə dünya neftinin qiyməti 20 dollar bahalaşdı. İndi ABŞ-ın hərəkətləri elə vəziyyət yaradır ki, apreldə qiymətlərin nə olacağını bilmirik. Ümumiyyətlə, 2019-cu ildə bu məsələdə sabitliyə nail olmaq çətindir", Novak mətbuat konfransında bildirib.

İndi ABŞ-ın hərəkətləri elə vəziyyət yaradır ki, apreldə qiymətlərin nə olacağını bilmirik. Ümumiyyətlə, 2019-cu ildə bu məsələdə sabitliyə nail olmaq çətindi.
Aleksandr Novak, Rusiyanın energetika naziri

Əl-Falih mətbuat konfransında bəyan edib ki, çətin vəziyyətə baxmayaraq, mart ayında OPEK + ilə razılaşmaya əməl edilməsi "100 %-dən yüksək" olacaq.

"Biz başqa neft istehsal edən ölkələrə nümunə olmağa davam edəcəyik və bunu etməliyik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı neft hasilatını gündə 0,1 milyon barrel - gündə 9,7 milyon barrelədək azaldır və neft ixracını 7 milyon b/s səviyyəsində saxlayacaq.

Rusiyaya gəlincə, Aleksandr Novakın sözlərinə görə, Rusiya öz öhdəliklərini yerinə yetirir.

"Ötən ilin dekabr ayında Rusiya istehsalın azalması ilə bağlı müqaviləyə qoşulduğunu və bir neçə ay müddətində kvotaların yerinə yetrildiyini bəyan edib. İki il bundan əvvəl dekabr ayında da belə bir öhdəlik götürdük. Bu dəfə əqdləri daha yaxşı yerinə yetiririk. Öhdəliklərimizi mart ayının sonuna və aprelin əvvəlinə, yəni bir ay tez yerinə yetirəcəyik. Yəni 2018-ci ilin oktyabrı ilə müqayisədə neft hasilatını 228 min bar/gün azaldacağıq", nazir qeyd edib.

OPEC emblem
OPEC emblem

OPEK-in baş katibi Məhəmməd Barkindonun sözlərinə görə, "qlobal neft sənayesində sabitliyin təmin edilməsi üçün lazım olan investisiyalar tənəzzüldən sonra qayıdır, lakin sürət hələ də yavaşdır".

"Dünyanın aparıcı neft istehsal edən ölkələri dünya neft bazarında tələb və tələbat arasında bərabərsizliyin aradan qaldırılması üçün əməkdaşlıq və səylər baxımından əhəmiyyətli uğurlar əldə ediblər", o, belə hesab edir.

XS
SM
MD
LG