Bakıda bal yarmarkası
Bakıda Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində arıçılıq məhsullarının 20-ci sərgi-satış yarmarkası keçirilir. Yarmarka Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və AzərbaycanArıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunub. Sentyabrın 28-dən Oktyabrın 28-dək davam edəcək yarmarkada satışa çıxarılan balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edir.Yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq. Oktyabrın 28-dək davam edəcək yarmarkada 120 ton bal, həmçinin digər arıçılıq məhsulları, o cümlədən arı südü, çiçək tozu, güləm satışa çıxarılıb. Yarmarkada 37 rayon üzrə 321 iştirakçı qeydiyyata alınıb. Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur. Balın bir kiloqramı əsasən 20 manatdan başlamaqla 50 manata qədər dəyişən qiymətlə satılır. Qiymətlər balın çeşidinə görə dəyişir.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb