Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden rəsmi Ankaraya ölkəsinin keçən ay Türkiyədəki baş vermiş hərbi çevriliş cəhdini qəti şəkildə qınadığını deyib.
Co Bayden uzun illərdir Birləşmiş Ştatlarla müttəfiq, lakin son illər Türkiyə və Suriyadakı kürdlərələ bağlı fikir ayrılıqlarına görə münasibətlərində soyuqluq əmələ gələn, daha sonra ABŞ-ın Ankaranın Fətullah Güləni Türkiyəyə təhvil verməsi tələbini rədd edən və bundan sonra münasibətləri daha da pisləşən Türkiyəyə səfər edib.
Co Baydenə iyul ayının 15-də azı 240 nəfərin ölümü ilə nəticələnən çevriliş cəhdi zamanı raket hücumuna məruz qalmış parlament binası göstərilib. Çərşənbə günü prezident Rəcəp Təyyib Ərdoğanla görüşən cənab Bayden Birləşmiş Ştatların tamamilə Türkiyənin yanında olduğunu deyib. “Bu çevriliş cəhdi təkcə Türkiyə hökumətinə qarşı deyildi, bu, Türkiyə xalqına qarşı, onların dəyərlərinə qarşı idi. Bu, xalqını qorumağa and içmiş kiçik bir qrup tərəfindən həyata keçirilən zorakılıq idi.”
Lakin türklərin çoxu, eləcə də hökumət ölkənin müttəfiqləri tərəfindən aldadıldığını düşünür. Türkiyədən siyasətçi Sadiq Ünay: “Birləşmiş Ştatların rəsmi dairələrindən, eləcə də bəzi konqresmenlərdən zidiyyətli xəbərlər gəlirdi. Məsələn, hətta bəziləri çevriliş baş tutmadığına görə təəssüf hissi keçirdiyini deyirdi.”
Baydenin maşın karvanını Türkiyədəki çevriliş cəhdinin arxasında durmaqda ittiham edilən, Birləşmiş Ştatlarda yaşayan ruhani Fətullah Gülənin ekstradisiyasını tələb edənlər qarşılayıb. 75 yaşlı Gülən çevrilişlə heç bir əlaqəsi olmadığını deyib, Birləşmiş Ştatlar isə qanun çərçivəsində təhqiqat olmadan onu təhvil verməkdən imtina edib. “Siz Amerika məhkəməsinə gedəndə, kiminsə haqda “bu pis adamdır” deyə bilməzsiniz. Siz həmin şəxsin hansı cinayəti törətdiyini sübut etməlisiniz” deyə, cənab bayden bildirib.
Cənab Baydenin Türkiyəyə səfərindən az əvvəl Türkiyə İslam Dövləti yaraqlılarının Suriya ilə sərhəd yaxınlığındakı şəhərdən təmizlənməsi yolunda hərbi əməliyyatlara başlayıb. Prezident Ərdoğan Birləşmiş Ştatların dəstəyi ilə hava hücumlarının müvəffəqiyyətlə keçirildiyini deyib.
Lakin Türkiyə və Birləşmiş Ştatlar kürdlərin Suriyadakı terrorçulara qarşı mübarizəsində fikir ayrılıqlarına malikdir. Ankara Kürd dövləti yaratmaq məqsədilə Türkiyədəki kürd üsyançılarla Suriya kürdlərinin birləşə biləcəyindən ehtiyat edir.
Bayden isə Ankaranı əmin edib ki, ABŞ heç zaman Suriya ərazisindən Türkiyəyə təhlükə törədən qruplaşmanı dəstəkləməyəcək.