Accessibility links

Bağdadda iki intiharçı bomba hücumu 26 nəfərin ölümülə nəticələnib


İraq paytaxtında iki intiharçı bomba parlayşında azı 26 insan ölüb, çox sayda insan yaralanıb.

Partlayışlar Bağdadın Tayran meydanında səhər saatlarında izdihamın olduğu vaxt törədilib. Şəhərin bu hissəsi işə axtaran insanlarla dolu olan ticarət mərkəzi sayılır.

Partlayış nəticəsində 90 nəfər yaralanıb, onların bəzisinin vəziyyəti ağırdır. Bu barədə Amerikanın Səsinin Kürd xidmətinə müsahibədə İraqın Səhiyyə nazirliyinin sözçüsü Səif Əl-Bader bildirib.

“26 nəfər şəhid olub, 90-dan çox insan yaralanıb. Onlardan üçünün vəziyyəti olduqca ağırdır. Yaralanan 36 nəfər xəstəxanadadır”, o bildirib.

“Səhiyyə nazirliyinin işçiləri adından biz günahsız vətəndaşlara qarşı bu cinayətkar və qorxaq hücumu qınayırıq”, o əlavə edib.

Hücuma görə dərhal məsuliyyəti öz üzərinə götürən olmayıb, lakin əvvəlki hücumlar İslam Dövləti qrupunun militantları tərəfindən törədilib.

Qrup üç il bundan əvvəl İraqın şimalı və qərbində böyük əraziləri nəzarət altına götürmüşdü. İraq hərbi qüvvələrinin yarı-hərbi dəstələrin köməyi və ABŞ-ın başçılığı ilə koalisiyanın dəstəyi ilə hücumları nəticəsində İŞİD əsas şəhərlərdən və nəzarət etdiyi ərazilərdən çıxarılıb.

Keçən ay İraqın baş naziri Heydər Əl-Abadi militant qrup üzərində qələbə çalındığını elan edib, lakin İraqın müxtəlif yerlərində militantların hücumları hələ də davam edir.

XS
SM
MD
LG