İraq rəsmiləri Bağdadda maşına yerləşdirilmiş iki bomba partlayışı, həmçinin təhlükəsizlik qüvvələri və yaraqlılar arasında silahlı toqquşma nəticəsində 18 müki vətəndaşın öldüyünü bildiriblər.
Ən çox insanın həyatını itirdiyi hücum Bağdadda avtobus stansiyasında baş verib. Partlayılarla dolu avtomobilin avtobus dayanacağının qarşısında partlaması nəticəsində doqquz adam ölüb, 16-dan çox adam isə yaralanıb. Avrobus stansiyasında gündə minlərlə insan ictimai nəqliyyatdan istifadə edir, ya da həmin ərazidən keçir.
Bağdadın başqa bir hissəsində isə maşına yerləşdirilmiş daha bir hücum zamanı dörd mülki vətəndaş ölüb, 12 nəfər yaralanıb.
Bağdadda hücumlar şiələrin başçılıq etdiyi hökumətin paytaxtdan qərbdə əsasən sünnilərin yaşadığı Ənbər vilayətində Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılara qarşı mübarizə apardığı bir vaxt baş verib.
İraqın Baş naziri Nuri Əl-Məliki Ənbər vilayətində Fəllucə şəhərinə hərbi hücum edilməyəcəyini bildirərək, sünni qəbilələrə Əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların ərazidən çıxarılması üçün əlavə vaxt veriləcəyini deyib.
İraqda zorakılıqlar 2008-ci ildə sünnilər və şiələr arasında təriqət zəminində qanlı toqquşmalardan sonra ən yüksək səviyyəyə çatıb.