Accessibility links

Bağdaddakı xristian kilsəsinə hücum olub


Bağdaddakı xristian kilsəsinə hücum olub
Bağdaddakı xristian kilsəsinə hücum olub

İraq rəsmiləri Bağdaddakı Xristian kilsəsində baş verən qarşıdurma zamanı azı 30-u dindar olmaqla, 52 nəfər qətlə yetirildiyini bildirir. Rəsmilər yaraqlıların kilsəyə hücum edərək 100 nəfərdən çox insanı girov götürməsindən sonra İraq hərbi qüvvələrinin gecə kilsəyə daxil olduqlarını deyirlər. Neçə nəfərin yarqlılar tərəfindən, neçəsinin isə xilasetmə əməliyyatı zamanı öldürüldüyü məlum deyil. Lakin rəsmilər 70 nəfərin yaralandığını bildirmişlər. Sağ qalan şahidlər yaraqlıların atəş açaraq hücuma keçdiklərini və dindarlardan birini dərhal qərlə yetirdiklərini deyirlər. İraq parlamentinin xristian nümayəndəsi bu gün müxbirlərə xilasetmə əməliyyatı zamanı azı 25 nəfər dindarın ya qeri-peşəkarlıq, ya da tələsmək səbəbindən qətlə yetirildiyini deyib.

XS
SM
MD
LG