Accessibility links

Bağdadda partlayış nəticəsində 26 nəfər ölüb və 53-dən çoxu yaralanıb


İraq rəsmiləri paytaxt Bağdadda, qoşa avtomobil partlayıcı qurğusunun işə salınması nəticəsində 26 nəfərin öldüyünü və 53-dən çoxunun yaralandığını bildirib

İraq rəsmiləri paytaxt Bağdadda, qoşa avtomobil partlayıcı qurğusunun işə salınması nəticəsində 26 nəfərin öldüyünü və 53-dən çoxunun yaralandığını bildirib. İraq polisi və xəstəxana rəsmiləri bazar günü mərkəzi ticarət bankında və şəxsiyyət vəsiqəsi üzrə dövlət idarəsinin yaxınlığında baş verən avtomobil partlayışlarının bir neçə dəqiqə fərqləndiyini bildirib. Başqa hadisədə, İraq polisi Bağdadın şərqində, Zayuna məhəlləsində bir neçə qadının çürüyən cəsədlərini aşkar edib. Hadisə İraqda son bir neçə gündə azı 20 nəfərin ölməsi ilə nəticələnən bir sıra zorakılığın davamıdır. Bəzi rəsmilər yaraqlıların İraqın mart seçkilərinin ardınca baş qaldıran siyasi gərginlikdən istifadə edərək, son vaxtlar təhlükəsizlik üzrə nailiyyətləri pozmağa cəhd edəcəyindən qorxurlar.

XS
SM
MD
LG