İraq rəsmiləri Bağdadda hərbi xidmətə çağırış məntəqəsi yaxınlığında baş verən bomba partlayışı 59 adamın ölümünə, 125 adamın yaralanmasına səbəb olub. Daxili işlər nazirliyinin rəsmisi deyir ki, intiharçı məntəqəyə gələn çağırışçıları hədəf alıb. Ötən həftə Ramazan ayı başlanandan bəri bu, İraqda ən ölümcül hücumdur. Səddam Hüseyn dönəmində müdafiə nazirliyinin binası olan məkanda partlayış gələn ay hərbi əməliyyatları bitirməyi planlaşdıran ABŞ ordusu üçün sınaq təşkil edir. Ağ Ev avqustun sonunda ABŞ qüvvələrinin əksər kəsiminin İraqı tərk edəcəyini bildirir. Keçid qüvvəsi qismində xidmət etmək üçün ölkədə 50 min ABŞ əsgəri qalacaq.