Babək Çələbiyanlı: Su qıtlığı, Urmiyə gölünün quruması kimi problemlərə görə İran hökuməti məsuliyyət daşıyır
Birləşmiş Ştatlar İranda etiraz aksiyalarında iştirak edən dinc nümayişçilərə qarşı zorakılığı qınayıb. ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda Xuzistan vilayətində başlayan etirazların paytaxt Tehran, eləcə də Təbriz kimi şəhərlərə yayıldığı qeyd edilir. Bəyanatda etirazların pis idarəetmə və hökumətin səhlənkarlığı səbəbi ilə su çatışmazlığı ilə əlaqədar başladığı bildirilir. Keçən həftə Təbrizdə Əhvaz bölgəsində su qıtlığı ilə bağlı etirazlara dəstək olaraq keçirilən nümayişlərdə onlarla insanın saxlanıldığı haqda məlumag verilir. ABŞ-da yaşayan milli fəal Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibədə Təbriz və İran Azərbaycanının digər şəhərlərində keçirilən nümayişlərdə saxlanılanlar, Əhvazda ərəb icması ilə həmrəylik çağırışları, İranın bölgələrində su qıtlığı problemində pis idarəetmənin rolu haqda danışıb.
Episodes
-
Yanvar 18, 2025
Donald Tramp – prezidentliyə aparan qeyri-ənənəvi yol
-
Yanvar 18, 2025
Aynur Elgünəş və Natiq Cavadlı həbsdə saxlanılıb
-
Yanvar 18, 2025
Ukraynada müharibənin ağır yükünü daşıyan azərbaycanlı iş adamı