Accessibility links

Birmanın baş nazir Teyn Seyn vətəndaşları namizədləri diqqətlə seçməyə çağırıb


Nazir insanları zəkalı, vətənpərvər və vəhdətin parçalanmamasını dəstəkləyən namizədlərə səs verməyə çağırıb

Birmanın baş naziri insanlara müraciət edərək onları vətənpərvər namizədlərə səs verməyə və noyabr ayındakı seçki prosesinə əngəl törədə bilən dağıdıcı əməllərin əleyhinə çıxmağa çağırır. Dövlətə məxsus Myanmarın Yeni İşığı qəzeti bu gün məlumat verib ki, baş nazir Teyn Seyn vətəndaşları namizədləri diqqətlə seçməyə çağırıb. Nazir insanları zəkalı, vətənpərvər və vəhdətin parçalanmamasını dəstəkləyən namizədlərə səs verməyə çağırıb. Hərbiçilər tərəfindən dəstəklənən, Teyn Seynin rəhbərlik etdiyi İttifaq Həmrəyliyi və İnkişaf Partiyasının hökumətlə əlaqələrinə görə noyabr ayının yeddisinə nəzərdə tutulmuş seçkilərdə qalib gələcəyi gözlənilir. Birmanın müxalif Demokratiya Partiyasının rəhbəri Tu Vay dünən bildirib ki, yeni seçki qaydalarında təsbit edilən maliyyə və maddi-texniki maneələrə görə bir neçə namizəd seçkilərdə iştirak edə bilməyəcək.

XS
SM
MD
LG