Accessibility links

Azərbaycan Baş Prokurorluğu: Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdi olub


"Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə bu ölkənin silahlı qüvvələri oktyabrın 6-da Bakı vaxtı ilə saat 21 radələrində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini hədəf almaqla kəmərin Yevlax rayonu ərazisindən keçən hissəsinə raket zərbələri endirib."

Bu barədə Azərbaycanln Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Ordusunun tədbirləri nəticəsində “həmin terror cəhdinin qarşısı alınıb”.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ”Twitter”dəki hesabında yazıb ki, Ermənistan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinə kasetli raket atıb.

“Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb. Ərazidə 300+ kaset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə zərər dəyməyib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) fəaliyyətdədir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturuna hücum edir,” Hacıyev qeyd edib.

Hikmət Hacıyevin twitter hesabı
Hikmət Hacıyevin twitter hesabı

Prokurorluq bildirir ki, bundan başqa, erməni tərəfinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəf almaqla oktyabrın 6-da saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini Həsən Məmmədov həlak olub, həmin kənd sakini Dəyantə Əliyev və Köçərli kənd sakini Seyfulla Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Armenpress xəbər agentliyi Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyana istinad edərək bu məlumatı təkzib edib.

"Biz yalnız hərbi obyektləri hədəf alırıq. Bakı-Tbilisi-Ceyhan boru kəməri hərbi obyekt deyil," deyə, özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran qurumun sözçüsü Vaham Poğosyan bildirib.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi çərşənbə axşamı Xankəndi və Şuşa şəhərlərinin artilleriya atəşinə məruz qaldığını bildirib.

Bundan öncə erməni hərbi mənbələri Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın cənubunda "irimiqyaslı hücum əməliyyatı"-na başladığını bildirib. Nazirliyin sözçüsü Şuşan Stepanyan Twitterdə hücum edən qüvvələrə müqavimət göstərildiyini yazıb.

Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Neft Boru Kəməri Azərbaycan neftinin Xəzər dənizindən Turkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqlini həyata keçirir. BTC 2003-2005-ci illərdə inşa edilib.

Kəmərin uzunluğu 1768 kilometrdir. Boru kəmərinin ötürmə qabiliyyəti gündə 1 milyon bareldir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG