Britaniyanın İcmalar palatası parlamentin Çinin şimal-qərbindəki Sincan əyalətindəki uyğurlara və əksəriyyəti müsəlman olan digər etnik azlıqlara qarşı insanlıq və soyqırım cinayətlərinin törədildiyini bəyan etməsi barədə təklifini təsdiqləyib.
22 aprel tarixində qəbul edilmiş qeyri-məcburi bəyannamə Böyük Britaniya hökumətini hərəkətə keçməyə məcbur etməsə də, əksər millət vəkillərinin Çin hökümətinə etiraz əlaməti olaraq görülür.
Hazırda azı 1 milyon uyğur və əksəriyyəti müsəlman olan digər azlıqların Sincandakı düşərgələrdə saxlandığı ehtimal olunur.
Sincanda həbslər, qadınların məcburi sterilizasiyası, məcburi əmək və əsas azadlıqların sistematik şəkildə pozulması da daxil olmaqla çoxsaylı istismar halları sənədləşdirilib.
ABŞ hökuməti eləcə də Belçika, Niderland və Kanada parlamentləri Pekini soyqırımda günahlandırır.
Britaniya Baş naziri Boris Consonun höküməti Sincanda baş verənləri soyqrım elan etməkdən çəkinərək, orada "sənaye miqyasında" insan haqları pozuntularına yol verildiyini bildirib.
Hökumət baş verənlərin soyqırım elan edilməsinə dair hər hansı bir qərarın milli və beynəlxalq məhkəmələrə aid olduğunu deyir.
Bu yaxınlarda uyğurlara qarşı rəftarı tənqid etdiyinə görə Çin tərəfindən sanksiya tətbiq olunan beş britaniya millət vəkillərindən biri olan mühafizəkar Nus Qani hökumətin tədbir görməsi üçün israr edib.
"Bu səhv anlayışdır ki, soyqrım yalnız kütləvi qırğından ibarətdir. Bu yalnışdır" deyən Nus Qani əlavə edib ki, soyqırımın bütün kriteriyaları "Sincanda soyqırımın həyata keçirildiyi təsdiqləyib."
O bildirib ki, 2 milyona qədər adam həbsxana tipli fabriklərinvə təhsil mərkəzlərində qanunsuz olaraq saxlanılır. O, etnik uyğurların sayını azaltmaq üçün bölgədəki qadınların məcburi sterilizasiya və hamilələiyin qarşısının alınması üsullarına məruz qaldıqlarını deyir.
Qanii "Yer üzündə qadın hüquqlarının belə böyük bir miqyasda pozulduğu başqa bir yer olduğuna inanmıram" deyə bildirib.