Aprelin 30-da Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Facebook səhifəsində məlumat yayıb.
“Azad Rəhimov aprelin 30-da Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi,” mətbuat katibi qeyd edib
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 7 fevral 2006-cı ildən Azərbaycanın gənclər və idman naziri idi.