Accessibility links

Azərbaycanın ağır atletika üzrə idmançısı bürünc medalından məhrum edilib


Valentin Xristov
Valentin Xristov

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) məlumat verib

Azərbaycanın tərəfində çıxış edən bolqarıstanlı ağır atlet Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalından məhrum edildiyi bildirilir.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) məlumat verib.

Məlumatda qeyd olunur ki, Xristovun antidopinq qaydalarını pozduğu məlum olub. Ancaq o, İdman Arbitraj Məhkəməsinə və ya BOK-un İntizam Komissiyasına şikayət etmək hüququnu özündə saxlayır.

Olimpiada-2012-nin bürünc medalı vyetnamlı ağır atlet Tran Le Louk Toana keçəcək.

Azərbaycan Ağır Atletika Federasiyasından qeyd ediblər ki, BOK bu barədə qərarı bu günlərdə verib.

"Amma bu barədə məktub hələ Federasiyaya gəlib çatmayıb. Məktub çatandan sonra ətraflı açıqlama verəcəyik", - deyə qurumdan bildiriblər.

Yayılan məlumata görə, dopinq-testlərin təkrar analizləri nəticəsində Valentin Xristovun qanında qadağan edilmiş maddə aşkar edilib.

Xatırladaq ki, Azərbaycan prezidentinin sərəncamı ilə V.Xristov 100 min manat, onun məşqçisi isə 50 min manat məbləğində pul mükafatı ilə təltif edilmişdi.

Amma yayılan bu məlumata hələlik onun münasibətini almaq mümkün olmayıb.

Azərbaycan parlamenti də 3 il əvvəl dopinqlə mübarizə qanunu qəbul edib. Bundan sonra Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yaradılıb.

XS
SM
MD
LG