Accessibility links

Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri vəfat edib


Vurğun Əyyub
Vurğun Əyyub

Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyub sentyabrın 24-də vəfat edib. Bu barədə onun ailəsi bildirib.

Vurğun Əyyub Azərbaycanda ali məktəblərə test üsulu ilə qəbulun tətbiqinin təşəbbüsçüsü olub. Bu, Əbülfəz Elçibəy hökumətinin ən mühüm nailiyyətlərindən biri hesab edilir, belə ki, ali məktəblərə qəbul zamanı rüşvətxorluğa son qoyulub.

Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 1988-ci ildə filologiya elmləri namizədi üzrə dissertasiya müdafiə edib.

"Çənlibel" cəmiyyətinin fəal iştirakçılarından biri olub, milli hərəkatda fəal iştirak edib. 1988-ci il noyabrın 17-də başlayan "Meydan" hərəkatının - Azərbaycanın müstəqilliyi tələbilə keçirilən fasiləsiz mitinqlərin liderlərindən biri olub. Vurğun Əyyub 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında mühüm rol oynayıb.

1992-93-cü illərdə TQDK-ya rəhbərlik edib. Sonralar Müsavat Partiyasının baş katibi və sədrin birinci müavini olub. 2014-cü ildə partiaynın 8-ci qurultayından sonra Müsavat Partiyasının sıralarını tərk edib. Elə həmin il Demokratiya və Rifah Hərəkatının təsis edilməsində iştirak edib.

XS
SM
MD
LG