Accessibility links

Azərbaycanda “quş qripi” üzrə epizodik vəziyyətin öyrənilməsi üçün monitorinq keçirilir


'Quş qripi' monitorinqlərinə start verilib
'Quş qripi' monitorinqlərinə start verilib

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, bir sıra dövlətlərdə, o cümlədən Azərbaycanla qonşu ölkələrdə “quş qripi”nə yüksək yoluxma qeydə alınıb. Xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir.

Bununla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aprelin 12-də “quş qripi” üzrə epizodik vəziyyətin öyrənilməsi üçün beş günlük monitorinqə başlayıb.

Analizlər ölkə ərazisində yerləşən su hövzələrindən götürülür.

Azərbaycan “quş qripi”nin əsas yayıcıları olan köçəri quşların hərəkət marşrutunda yerləşir. Həmçinin burada, əsasən də Xəzər sahillərində, ovalıqlarda, bir çox dövlət qoruqlarının bataqlıq sahələrində vəhşi quşların daimi və müvəqqəti qışlama əraziləri yerləşir.

Əvvəllər bir sıra ölkələrdən, o cümlədən Almaniya, Nepal, Estoniya, Küveyt, İran və Ukraynadan quş əti və onun məhsullarının gətirilməsinə qadağa qoyulub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarları diqqətli olmağa və problemə ciddi yanaşmağa çağırıb.

Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen “quş qripi” 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib.

2008-ci ildə qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib və Azərbaycanda “quş qripi” xəstəliyinin qarşısının alınması üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG