Accessibility links

Azərbaycanda quş qripi ilə bağlı monitorinqlər aparılacaq


Çöl quşları
Çöl quşları

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisi üzrə yüksək patogen quş qripi ilə bağlı epizootik vəziyyəti qiymətləndirmək məqsədilə noyabrın 15-dən növbəti epizootoloji monitorinqlərə başlayır.

AQTA-nin məlumatına görə, monitorinqlər çöl quşları arasında Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədə çalışan əməkdaşları tərəfindən çöl quşlarının ovlanmasını əhatə edir.

Eyni zamanda adıçəkilən zonalarda xırdabuynuzlu heyvanların taunu xəstəliyinə görə də kliniki müşahidələrin aparılması planlaşdırılır. Həmin müddətdə Bakı və Sumqayıt şəhərlərindəki, Şabran, Siyəzən, Xızı, Abşeron, Sabirabad, Salyan, Neftçala, Lənkəran, Cəlilabad, Ucar və İmişli rayonlarındakı fəaliyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə-kəndli təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülməsi, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirlərinin həyata keçirilməsi və epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, cari mövsümdə dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı geniş coğrafi ərazini əhatə edir.

Rəsmi qurumların məlumatına görə, ölkədə bu il quş qripi aşkar edilməyib. Azərbaycan bu il quş qripi səbəbindən bir çox ölkələrdən, o cümlədən Albaniyadan, İraqdan, Lesoto Krallığından, İngiltərədən, Amerikadan, Şimali İrlandiyadan, Cənubi Afrika Respublikasından, həmçinin digər 44 ölkədən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. Məhdudiyyət tətbiq edilən ölkələr sırasında həmçinin Rusiya, Qazaxıstan, İran, Çin, Avstraliya, Almaniya, Fransa var.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen “quş qripi” 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirib.

2008-ci ildə Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib və Azərbaycanda “quş qripi” xəstəliyinin qarşısının alınması üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG