Accessibility links

Azərbaycanda 'fake news' - saxta xəbərlərə qarşı necə mübarizə aparmalı?


Azərbaycanda 'fake news' - saxta xəbərlərə qarşı necə mübarizə aparmalı?
please wait

No media source currently available

0:00 0:10:28 0:00

'Fake news' - Azərbaycan dilində saxta xəbərlər son illər tez-tez rastlaşılan anlayışlardan biridır. Saxta xəbərlər ənənəvi olan çap, yayım xəbərləri mediası, eyni zamanda sosial media vasitəsilə yayılmış səhv məlumatlardan ibarətdir. Dünya mediasında olduğu kimi, Azərbaycan mediasında da yayılan saxta xəbərlər haradan qaynaqlanır? Saxta xəbərlər sadəcə yalan məlumatlar, dezinformasiyadır, yoxsa bunun daha geniş və böyük təsirləri ola bilər?

Media üzrə ekspert Vüsalə Əlibəyli deyir ki, internet əsrində insanlar informasiya almaq istəyir. Əsas məsələlərdən biri bu informasiyaların ictimai fikrə necə çatdırılmasıdır.

“Saxta xəbərlərin yayılması məsələsi odur ki, artıq bir nəzarətsizlik var. Hər vətəndaş istədiyi kimi website yarada bilir. İstədiyi kimi Facebook səhifəsi açır. Heç bir etikanı, jurnalistika prinsiplərini gözləmədən başlayır məlumatlar yaymağa. Mənbələr çoxaldıqca təbii ki, bunun necə yayılmasının bir kontrol, çərçivəsi olmadığı üçün, bunları hər bir vətəndaş bilmədiyi üçün saxta xəbərlər yayılır. Hamı jurnalist deyil ki, xəbər necə yayılmalıdır. Saxta xəbərlər yayılır. Çünki insanlar informasiya almaq istəyir. Amma onlara necə informasiya çatdırılır, bu artıq başqa məsələdir.”

Media üzrə ekspertin fikrincə, əsas problemlərdən biri də xəbərlərlə manipulyasiyadır.

Amerikanın Səsi (VOA) , Azadlıq radiosu, Meydan Tv, Turan İnformasiya Agentliyi hansı ki, barmaq sayı ilədir, gözləyir ki, xəbər təsdiqlənsin ondan sonra yaysınlar. Çünki onlar anlayırlar ki, fake news-un yayılma fəsadları çox dağıdıcı və sarsıdıcı ola bilər.

“İndi informasiya axını o qədər sürətlidir ki, istənilən anda saxta xəbərin axınını təmin edən insanları və yaxud platformaları anlamaq olmur. Xüsusilə də adlarına media deyirlərsə, jurnalist deyirlərsə. Vətəndaşı anlamaq olar ki, o doğru xəbər mexanizmlərindən xəbərsizdir. Amma media platforması üçün bu yolverilməz bir haldır. Onların buna daha çox həvəsi yoxdur. Yəni vaxt yoxdur buna. Onunla əlaqələndirirlər ki, vaxt yoxdur. Amma biz bilirik ki, peşəkar jurnalistikada dəqiqlik hər zaman operativlikdən öndədir. Bu dəqiqliyi, doğruluğu, heç vaxt operativliyə güzəştə getmək olmaz. Ona görə, peşəkar media, müstəqil media bəzən geri qalır xəbərləmədə indiki dövrdə, indiki Azərbaycanda. Çünki misal üçün, Amerikanın Səsi (VOA) , AzadlıqRadiosu, Meydan TV, Turan İnformasiya Agentliyi hansı ki, barmaq sayı ilədir, gözləyir ki, xəbər təsdiqlənsin ondan sonra yaysınlar. Çünki onlar anlayırlar ki, fake newsun yayılma fəsadları çox dağıdıcı və sarsıdıcı ola bilər. Həm cəmiyyət üçün, həm də o xəbərin subyektləri üçün, qəhrəmanları üçün, olay hadisələrinin iştirakçıları üçün çox sarsıdıcı ola bilər," Vüsalə Əlibəyli bildirir.

“Fakt Yoxla” Azərbaycan cəmiyyətinə siyasi xəbər və informasiyaların tərəfsiz çatdırılmasını nəzərdə tutan, həmçinin ictimaiyyətin manipulyasiyaya məruz qalmasının qarşısının alınması üçün Demokratik Təşəbbüslər İnstitutu (DTİ) tərəfindən həyata keçirilən təşəbbüsdür.

Ekspertlər saxta xəbərlərin yayıldığı bir dönəmdə buna qarşı mübarizə aparmağın lazım olduğunu düşünür.

“Fakt Yoxla”nın araşdırmaçısı Əhəd Əhədli deyir ki, Azərbaycanda saxta xəbərlərin sayı günü-gündən artır.

“Fakt Yoxla”nın da əsas məqsədi odur ki, bu tip saxta informasyaların yayılmasının qarşısını alsın və oxucuların manipulyasiyaya məruz qalmasını bir az da olsa, əlindən gəldiyi qədər də azaltsın.

“İstər-istəməz Azərbaycan mediasında da saxta xəbərlərin sayı artır. Bunun da əsas səbəbi sosial mediadır. Bundan sonra artıq hər bir sosial media istifadəçisi xəbər mərkəzi mənbəyinə çevrilir. Bu da xəbərlərin yoxlanılmadan, araşdırılmadan, doğruluğu bilinmədən mediada dövr edilməsinə səbəb olur. Bu da bəzi şəxsləri, yəni ola bilər mövzudan xəbəri olmayan şəxsləri, araşdırma edə bilməyən şəxsləri tez inandırsın. Bunun nəticəsində də bu tip informasiyalar daha çox dövr eləyir. “Fakt Yoxla”nın da əsas məqsədi odur ki, bu tip saxta informasyaların yayılmasının qarşısını alsın və oxucuların manipulyasiyaya məruz qalmasını bir az da olsa, əlindən gəldiyi qədər də azaltsın.”

Əhədli hesab edir ki, son zamanlar insanlar saxta xəbərlərə daha həssas yanaşmağa başlayıb. Onun sözlərinə görə, xəbərin saxta olmasını oxucuların köməyi ilə ifşa etmək olar.

Əhəd Əhədli
Əhəd Əhədli

“Düşünürəm ki, insanlar bu mövzulara daha çox həssasdırlar. Çünki daha çox müraciət edirlər xəbərlərin yoxlanılması üçün. Xüsusilə cəmiyyətdə hər hansı hadisə baş verəndə, məsələn, müharibə dövründə həddindən artıq diqqət var idi. Çünki biz kifayət qədər saxta şəkil, video yoxlayırdıq. Hansı ki, bunlar yalan məlumatlar idi, köhnə lentlər idi və yaxud dəyişdirilmiş saxta başlıqlarla verilən xəbərlər idi. Bizə müraciət edirdilər ki, bu tip xəbərləri yoxlayaq. İnsanlar üçün maraqlı idi. Eyni zamanda pandemiya Azərbaycana yeni gələndə, onda da çox böyük diqqət var idi. İnsanlar davamlı şəkildə müraciət edirdilər xəbərləri yoxlamaq üçün. Və yaxud, peyvənd dövründə peyvəndin hansı yan təsirlərinin olub-olmaması ilə bağlı müraciət edirdilər. Yəni ilk yaranan dövrə nəzərən təbii ki, artım var. Amma düşünürəm ki, bu hələ istənilən səviyyədə deyil. Mediada o qədər saxta xəbərlər var ki, mən düşünürəm ki, insanlar daha çox həssas olsalar, bu mövzuda yaxşı olar. Əslində oxucuların köməyikliyi ilə bunları ifşa edib paylaşsaq media qurumları daha diqqətli olarlar,” o qeyd edib.

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, saxta xəbərlərlə mübarizənin ən yetkin yolu dərhal ilkin mənbədən doğru xəbərin çatdırılmasıdır.

“Azərbaycanda media azad deyil, bir halda nə iqtisadi aspektdə, nə siyasi aspektdə, nə təsisçi aspektindən. Həm də şəffaf da deyil. Bu aspektdən düşünürəm ki, bizdə bununla effektiv mübarizə, xüsusən etik çərçivə baxımından, peşəkar çərçivə baxımından o qədər də qalıcı və ardıcıl olmayacaq.


“Ümumiyyətlə saxta xəbərin çox geniş yayılması xüsusilə son texnologiya inkişafı ilə çox paralellə bağlıdır. Çünki bundan illər öncə sadəcə peşəkar media etik standartlar və hüquq çərçivəsində fəaliyyət göstərirdisə, indi artıq 2.0 web texnologiyası ilə hər kəs yayıcı ola bilir. Bu, hər kəsin yayıcı olması, bu həm də qeyri-peşəkarların və ya məqsədli şəxslərin saxta xəbərləri tirajlaması deməkdir. Amma bu sadəcə saxta xəbərləri qeyri-peşəkarlar tirajlayır anlamında deyil. Bu gün peşəkarların da saxta xəbər tirajlaması faktları çox geniş yayılıb. Buna qarşı mübarizənin ən təsirli yolu dərhal ilkin mənbədən doğru xəbərin çatdırılmasıdır. Saxta xəbərə nə yer verir? İnformasiya vakuumu. İnformasiya vakuumunu aradan qaldırmadan saxta xəbəri önləmək olmaz. Saxta xəbər təbii ki, müəyyən mənada yenə yayılsın. Bu çox cüzi şəkildə yayıla bilir. Dərhal onun ilə paralel sürətlə doğru xəbər də yayıla bilir. Ona görə informasiya vakumu bilavasitə saxta xəbər üçün münbit şərait deməkdir.”

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli hesab edir ki, Azərbaycanda saxta xəbərlə mübarizə sahəsində hüquqi məsuliyyət artırlarsa, bu zaman hökümətin əlinə daha artıq rıçaq verilmiş olar.

“Azərbaycanda media azad deyil, bir halda nə iqtisadi aspektdə, nə siyasi aspektdə, nə təsisçi aspektindən. Həm də şəffaf da deyil. Bu aspektdən düşünürəm ki, bizdə bununla effektiv mübarizə, xüsusən etik çərçivə baxımından, peşəkar çərçivə baxımından o qədər də qalıcı və ardıcıl olmayacaq. Çünki indiki mühit ona uyğun deyil. Amma hüquqi aspektdən toxunsaq onsuz da müəyyən məsuliyyətlər var və bundan artıq məsuliyyət hökümətin əlinə daha əlavə rıçaq vermiş olar. Bu həm də müstəqil mediaya yönəlik bir təhdid ola bilir. Ona görə, mən düşünmürəm ki, bundan artıq hansısa hüquqi çərçivəni genişləndirmək lazım deyil” hüquqşünas deyib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirir ki, Azərbaycanda bu sahənin yetərincə tənzimlənməsi ilə bağlı təcrübə yoxdur.

Onun sözlərinə görə saxta xəbərlərlə mübarizə aparacaq, bunun qarşısını alacaq müəyyən hüquqi bazanın və həmin hüquqi bazanın əsasında hazırlanmış konkret mezanizmlərin olması lazımdır.

Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli

“Söhbət ondan gedir ki, fake news-un (saxta xəbərin) qarşısını alacaq bu mexanizmlərin mövcudluğundan biz danışa bilmərik. Azərbaycanda 2013-cü ildən başlayaraq qanunvericilikdə ciddi şəkildə ciddi şəkildə dəyişikliklər aparılır. Bu dəyişikliklər internet üzərindən yayılan informasiyaların tənzimlənməsini ehtiva edir. Amma bu günə qədər də proses davam edir. Hələlik tamamlanmayıb. Və bütövlükdə prosesi əhatə edə bilmir. Məsələ ondadır ki, bu tənzimləmə informasiya yanlışğlığı ilə bağlı ayrı-ayrı kompanentlərin tənzimləməsinə hesablanıb. Amma bütövlükdə “fake” xəbərləri və internet üzərindən yayılan infirmasiyadakı neqativləri aradan qaldırılmasını ehtiva və əhatə etmir” deyə Ələsgərli vurğulayıb.

Azərbaycanda 2013-cü ildən başlayaraq qanunvericilikdə ciddi şəkildə ciddi şəkildə dəyişikliklər aparılır. Bu dəyişikliklər internet üzərindən yayılan informasiyaların tənzimlənməsini ehtiva edir. Amma bu günə qədər də proses davam edir. Hələlik tamamlanmayıb. Və bütövlükdə prosesi əhatə edə bilmir.


Müşfiq Ələsgərli deyir ki Azərbaycanda ilk növbədə, xüsusilə Avropada mövcud olan mexanizmlərin qurulmasına ehtiyac var. O hesab edir ki, yeni media qanunu layihəsi bu sahədə də səliqə-sahman yaradacaq.

“Bilirsiniz ki , 2021-ci ildə yanvarın 12-də prezident İlham Əliyevin sərəncamı olub. Azərbaycanda media islahatlarının dərinləşdirilməsi və media qanunvericiliyinin təkmilləşdirilməsi üçün. Azərbaycanda Media İnkişaf Agentliyi qanun layihəsini hazırlayıb. Həmin layihədə media və informasiya yayımının yeni standartları hazırlanıb. Əgər o layihə parlamentdə qəbul olunarsa və oradakı standartlar tətbiq olunarsa, ümid etmək olar ki, bu sahədə müəyyən səliqə-sahman yaratmış olacaq. O cümlədən, saxta xəbərlərin qarşısını almaq üçün müəyyən mexanizmlərin hazırlanması üçün şərait yaradılacaq,” o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG