Azərbaycanda distant tədrisin müddəti daha bir ay uzadılıb.
Nazirlər Kabinetinin qərarına əsasən xüsusi karantin rejimi dövründə Azərbaycanda təhsil müəssisələrində distant təhsilin müddəti dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadılıb.
Azərbaycanda martın 24-dən karantin rejimi elan edilib və 2021-ci il yanvarın 18-dək davam edəcək. Azərbaycanda martın 3-dən distant təhsil tətbiq edilib.