Accessibility links

Azərbaycanda birdəfəlik istifadə üçün plastik qablara qadağa qüvvəyə minir


İyulun 1-dən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.

Qadağa 2020-ci il noyabrın 26-da “Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” prezident İlham Əliyevin imzaladığı fərman əsasında reallaşıb.

Sənəddə deyilir ki, ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.

Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

XS
SM
MD
LG