Accessibility links

Azərbaycanda 72 nəfər koronavirusa yoluxub, 75 nəfər sağalıb


Koronavirus
Koronavirus

Fevralın 22-də Azərbaycanda koronavirus infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 201 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 227 836 nəfər müalicə olunaraq sağalıb, 3 202 nəfər vəfat edib. Hazırda 2 163 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3942, bu günə qədər isə ümumilikdə 2 555 058 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 17-dən 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG