Son sutkada Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 4 129 yeni hal aşkar edilib, 968 nəfər sağalıb, 20 nəfər vəfat edib.
Bu barədə avqustun 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bu gün yoluxma sayı 807 nəfər artıb. Dünən yoluxanların sayı 3 322 nəfər olub.
Pandemiya başlayandan yoluxanların ümumi sayı 377 304 nəfər olub, o cümlədən 341 142 nəfər müalicə olunub, 5 208 nəfər vəfat edib. 30 954 aktiv xəstənin müalicəsi davam edir. Son sutka 17 740 test keçirilib.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 932 min 734, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 526 min 467, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 406 min 267 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.