Accessibility links

Azərbaycanda 1477 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda COVID-19 infeksiyasına son sutkada 1477 yoluxma faktı qeydə alınıb, 628 nəfər sağalıb, 21 nəfər vəfat edib.

Bu barədə oktyabrın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 655 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183 test aparılıb.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 383 min 669, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 60 min 409, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 323 min 260 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG