Accessibility links

Azərbaycan və Türkiyənin sualtı hücum və müdafiə qrupları Xəzərdə tapşırıqları icra edib


Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqlərində növbəti mərhələ icra olunub
Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqlərində növbəti mərhələ icra olunub

Azərbaycan və Türkiyənin sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir ki, bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları yerinə yetirilib.

Bununla belə helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.

Azərbaycan və Türkiyə hərbi qüvvələri bu il müxtəlif istiqamətlər üzrə onlarla birgə təlimlər keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG