Accessibility links

Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır


Aprelin 6-dan 8-dək Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyininn mətbuat xidmətinin məlumatına görə, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

“Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq,” mətbuat xidməti bildirir.

Bu, 2021-ci ildə Azərbaycan və Türkiyə müdafiə nazirliklərinin təşkil etdiyi üçüncü təlimdir. Bundan öncə martın 27-də Azərbaycan və Türkiyə Ordusu “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” birgə təlimləri keçirib. Fevralın 1-dən 12-dək isə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri olub.

XS
SM
MD
LG