Accessibility links

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb


Bakıda Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.

Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb

Son illərdə Azərbaycan və Türkiyə hərbçiləri çoxsaylı birgə təlimlər və məşqlər keçirməkdədir.

Bu il də birgə təlimlər davam etdirilir.

Belə ki, 2021-ci il fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri keçirilib.

Bu il martın 15-dən 18-dək isə Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı qoşun növləri "terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları" üzrə tapşırıqları icra edib.

Martın 27-də Azərbaycan Ordusunun hərbçiləri Türkiyə Milli Müdafiə Nazirliyinin təşkil etdiyi “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” təlimlərində iştirak edib.

Martın 28-də Azərbaycan Ordusunun hərbçiləri Türkiyənin Sparta vilayətindəki Dağ Komanda Məktəbi və Tədrisi Mərkəzində Türkiyə hərbçiləri ilə birgə “Dağçılıq təlimləri” keçirib.

Avqustun 10-da Azərbaycan hava qüvvələrinin hərbçiləri Türkiyədə keçirilən təlimlərdə iştirak edib.

XS
SM
MD
LG