Accessibility links

Azərbaycan məhkəməsi 13 erməni hərbçini 6 il müddətinə həbsə məhkum etdi


Azərbaycanda məhkəmə Ermənistanın silahlı qüvvələrinin 13 üzvünü sərhədi qanunsuz keçmək və silah saxlamaq ittihamı ilə 6 il həbs cəzasına məhkum edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi 22 iyul tarixində ittiham olunan şəxslərin həbs müddətləri bitdikdən sonra deportasiya ediləcəyinə dair qərar verib. Həbs olunan şəxslər ittihamları rədd edir.

Ermənistan rəsmiləri hələ ki, məsələyə münasibət bildirməyib. Lakin onlar bundan əvvəl eyni ittihamlarla mühakimə edilərək həbs olunan hərbi əsirlərin məhkəmə prossesini pisləyib.

Mükahimə edilən 13 nəfər 2020-ci ildə iki ölkə arasındakı altı həftəlik müharibədən sonra dekabr ayında Hadrut rayonunda Azərbaycan qüvvələri tərəfindən əsir götürülən Ermənistan ordusunun 60-dan çox üzvü arasındadır.

O vaxtdan bəri əsirlərin təxminən yarısı Qarabağda erməni qüvvələri tərəfindən yerləşdirilmiş minaların yerini göstərən xəritələrin müqabilində Yerevana təhvil verilib.

Azərbaycan və Ermənistan arasındakı altı həftəlik müharibə 2020-ci ilin noyabr ayında başa çatıb. Döyüşlərdə 6000 insanın həlak olduğu bildirilir. Hələ ki, Azırbaycanın nəzarətində olan erməni əsrilərin və digər məhbusların dəqiq sayı bəlli deyil.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG