Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstana səfərə gedib.
Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zakir Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.