Accessibility links

Azərbaycan İtaliyadan quş əti idxalına qadağa tətbiq edib


Təbrizdə quş qrii qeydə alınıb
Təbrizdə quş qrii qeydə alınıb

İtaliyadan Azərbaycana diri quş və quş əti gətirilməsinə müvəqqəti qadağa tətbiq olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) İtaliyanın Friuli-Venesiya-Culiya inzibati ərazi vahidində yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı barədə məlumat yayıb.

Bu səbəbdən zonalaşma prinsipi nəzərə alınaraq həmin inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İtaliyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Xatırladaq ki, bundan əvvəl quş qripi səbəbindən bir sıra ölkələrdən, o cümlədən Almaniya, Nepal, Estoniya, Küveyt, İran və Ukraynadan quş əti və onun məhsullarının Azərbaycan idxalına qadağa qoyulub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarları diqqətli olmağa və problemə ciddi yanaşmağa çağırıb.

Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen “quş qripi” 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib.

2008-ci ildə qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib və Azərbaycanda “quş qripi” xəstəliyinin qarşısının alınması üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG