Accessibility links

Azərbaycan gömrükçüləri 137 kiloqram narkotik götürüb


İrandan külli miqdarda narkotik vasitələrin Azərbaycana keçirilməsinin qarşısı alınıb
İrandan külli miqdarda narkotik vasitələrin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycan gömrükçüləri İrandan Azərbaycan ərazisilə Qazaxıstana gedən yük avtomobilindən 137 kiloqramdan çox heroin aşkar edib.

Bu, İranla sərhəddə, Astara gömrük postunda baş verib.

Məlumatı dekabrın 3-də Dövlət Gömrük Komitəsinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, avtomobilə baxış zamanı 171 bağlamada heroin aşkar edilib.

Mətbuat Xidməti bildirir ki, dindirmə zamanı sürücü etiraf edib ki, İranda ona narkotik maddələri daşıması üçün pul veriblər.

Məlumatda heroin tədarükünü kimin sifariş etdiyi açıqlanmır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, həmin partiyanın “qara bazar”da qiyməti 16 milyon manat (təxminən 10 milyon dollar) edir.

Azərbaycan hüquq-mühafizə orqanları, demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ilin 10 ayı ərzində qanunsuz dövriyyədən ümumilikdə 5 ton 880 kiloqram 982 qram narkotik vasitələr və psixotrop maddə çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i Pakistan vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kiloqram və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir.

Bunlar, İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutlarıdır.

Komissiya bildirir ki, ölkədə bu marşrutlar ilə narkotiklərin daşınması halları aşkar edilib, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG