Accessibility links

Azərbaycan Dövlət Neft Şirkətinin 82 əməkdaşı təxliyə edilib


Xəzərdə neft yataqları
Xəzərdə neft yataqları

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı dənizdə çalışan Azərbaycan Dövlət Neft Şirkətinin 82 əməkdaşı təxliyə edilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

“Hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.

Yanvarın 13-də Bakı və ölkənin bəzi bölgələrinə qar yağıb. Dünən axşamdan şimal-qərb küləyi əsib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün, yanvarın 14-də səhər küləyin arabir 28-33 m/s-dək güclənəcəyi, günün ikinci hissəsində isə nisbətən zəifləyəcəyi gözlənilir. Paytaxtda qarlı hava ilə əlaqədar əsas yollarda sürət həddi endirilib.

XS
SM
MD
LG