Accessibility links

Azərbaycan COVID-19 ilə bağlı peyvənd alacaq


COVID-19 vaccine
COVID-19 vaccine

Sentyabrın 18-də Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında peyvənd alınması ilə bağlı saziş imzalanıb.

Bu barədə sentyabrın 21-də agentlik məlumat yayıb.

Məlumatda deyilib ki, sazişə görə, COVID-19 ilə bağlı ÜST-in (Ümumdünya Səhiyyə Təşkilatı) təsdiqlədiyi və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da onunla təmin olunacaq.

Məlumatda yazılıb ki, çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə ÜST və bir sıra qurumlar COVAX platforması yaradıblar:

"COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli, bərabər əlçatanlıq imkanı yaratmaqdır. Hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil".

Agentlik qeyd edir ki, GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.

XS
SM
MD
LG