Accessibility links

Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçirilib


Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçirilib
please wait

No media source currently available

0:00 0:06:20 0:00

Komissiyanın gündəliyinə biznes mühiti, əqli mülkiyyət, kənd təsərrüfatı və başqa məsələlər daxildir

Mayın 17-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keşirilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: Azərbaycanda investisiya mühiti - islahatlar, vergi strukturu, gömrük prosedurları, ABŞ-da əqli mülkiyyət hüququ - ABŞ-ın Xarici investisiya ilə bağlı ticarət qərarlarının verilməsində əqli mülkiyyət hüquqlarının əhəmiyyəti, Azərbaycanda əqli mülkiyyət hüququ, ABŞ-da ümumiləşdirilmiş imtiyazlar sistemi (GSP) və əmək məsələləri – GSP proesinin icmalı, əmək məsələləri və ABŞ-ın ticarət gündəliyi, Azərbaycanın investisiya (Ticarət) imkanları – kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, biznes məsələləri bürosu, turizm, loqistika.

İclasda, həmçinin Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası
Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası

Komissiyanın iclasınəın açılşında Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının Azərbaycan tərəfdən sədri, maliyyə naziri Samir Şərifov, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger və ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haas çıxış edib.

Samir Şərifov bildirib ki, yeddi illik fasilədən sonra komissiya fəaliyyətini bərpa edib.

“Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon ABŞ dolları, o cümlədən ABŞ-a ixracın həcmi 530 milyon dollar, ABŞ-dan Azərbaycana idxal isə 330 milyon dollar təşkil edib. Bu günə kimi ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar həcmində birbaşa investisiya yatırıb. Azərbaycan isə ABŞ iqtisadiyyatına 8,2 mlrd. dollardan çox portfel investisiya yatırıb,” o qeyd edib.

2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon ABŞ dolları, o cümlədən ABŞ-a ixracın həcmi 530 milyon dollar, ABŞ-dan Azərbaycana idxal isə 330 milyon dollar təşkil edib. Bu günə kimiABŞ Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar həcmində birbaşa nvestisiya yatırıb. Azərbaycan isə ABŞ iqtisadiyyatına 8,2 mlrd. dollardan çox portfelinvestisiya yatırıb.

Samir Şərifov, maliyyə naziri

Nazir hesab edirik ki, bu göstəricilər iki ölkənin iqtisadi sahədə əməkdaşlığının potensialını tam əks etdirmir və bu rəqəmlər daha yüksək ola bilər.

“Bir daha qeyd eymək istəyirəm ki, əməkdalığımızın imkanlarını genişləndirəcək işlər barədə danışmalıyıq. Son 15 ildə Azərbaycan iqtisadiyyatı çox yüksək templə inkişaf edib. ÜDM 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. Bir neçə il öncə qlobal əmtəə bazarlarındakı qiymət dəyişkənliyi Azərbaycan iqtisadiyyatına təsirsiz ötməyib. Neft qiymətlərinin kəskin azaldığı, ölkənin əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərsizləşdiyi şəraitdə ölkədə makroiqtisadi sabitlik tezliklə bərqərar edildi, inflyasiya birrəqəmliyə çatdırıldı, genişmiqyaslı iqtisadi islahat proqramı, o cümlədən əhalinin sosial həssas təbəqələri üçün əhatəli sosial paket hazırlanaraq tətbiq olunub", nazir bildirib.

Şərifov deyib ki, 2018-ci ildən etibarən ölkə iqtisadiyyatı artım trayektoriyasına dönüb və ÜDM-in artımı 2018-ci ildə 1,4% təşkil edib, cari ilin birinci rübündə isə 3%-dək yüksəlib.

O ölkədə əlverişli biznes mühitnin hökm sürdüyünü diqqətə gətirib.

Samir Şərifov Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edir
Samir Şərifov Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edir

“Azərbaycan və ABŞ münasibətləri hər iki dövlətin maraqları və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində inkişaf edərək ən müxtəlif sahələri əhatə edir. Siyasi dialoqun genişləndirilməsi dövlətlərimiz arasında münasibətlərin inkişafına təkan verir. Bu gün Azərbaycan ABŞ-ın təşəbbüsü ilə formalaşan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir, bu əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu bəyan edir. ABŞ isə öz növbəsində Cənubi Qafqaz regionunda Azərbaycanın təşəbbüsü, vacib rolu və iştirakı ilə həyata keçirilən mühüm transmilli enerji və nəqliyyat layihələrinə hər zaman güclü dəstəyini nümayiş etdirib. Bu sahədə əlaqələr strateji xarakter daşımaqla, həm Bakının, həm də Vaşinqtonun maraqlarına cavab verir.”

Onun fikrincə, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsində və daşınmasında ABŞ-ın hərtərəfli dəstəyi həmişə qiymətli olub və bu gündə qiymətlidir.

Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsində və daşınmasında ABŞ-ın hərtərəfli dəstəyi həmişə qiymətli olub və bu gündə qiymətlidir.
Samir Şərifov, maliyyə naziri

“Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişinin başa çatdırlmasında ABŞ-ın diplomatik səyləri, ABŞ şirkətlərinin iştirakı mühüm rol oynayıb. Bununla yanaşı hazırda inşası başa çatmaqda olan "Cənub" qaz dəhlizi layihısənin reallaşmasına ABŞ-ın verdiyi siyasi və maliyyə dəstəyi çoxəhəmiyyətlidir.”

ABŞ səfiri Li Litzenberger və maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlama verir
ABŞ səfiri Li Litzenberger və maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlama verir

Onun firkincə Azərbaycan və ABŞ-ın iqtisadi əməkdaşlığına kölgə salan bir sıra məsələlər mövcuddur

“Azərbaycan tərəfi ümid edir ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən, birbaşa dövlət yardımlarını qadağan edən "Azadlığa dəstək aktı"na 907-ci düzəliş tamamilə ləğv olunacaq. Bu, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verərdi. Ümidvarıq ki, ABŞ hökuməti həmin düzəlişin aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək,” o bildirib.

Nazir jurnalistlərə bildirib ki, ABŞ Azərbaycana daha çox investisiya yatırmaq istəyir. Onun sözlərinə görə, iki ölkə arasında müxtəlif sahələrdə kifayət qədər yaxşı potensial mövcuddur, ən vacibi isə əvvəlki illərdə investisiyalar üçün yaradılmış münbit çərçivədir.

"ABŞ bundan sonra da öz şirkətlərinin Azərbaycana investisiyalarının davam etdirilməsini şərtləndirəcək", nazir qeyd edib.

Nazir, həmçinin, bildirib ki, ABŞ tərəfi Azərbaycana turizm, nəqliyyat, logistika, tranzit imkanlarından daha geniş istifadə edilməsini də təklif edib: "Bunların sırasında gələcək əməkdaşlığın prioritet sahələrini əsasən ticarət imkanlarının araşdırılması, təhlili və ölkələr arasında ticarət dövriyyəsinin, ixracın artırılması, qarşılıqlı investisiyaların həcminin artırılmasını qeyd etmək olar," o bildirib.

Səfir Li Litzenberger Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası
Səfir Li Litzenberger Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası

ABŞ-ın Azərbaycandakı səfiri Li Ltzenberger deyib ki, Azərbaycanda əqli mülkiyyət hüquqları kifayət qədər təmin olunmayıb.

“Azərbaycanda əqli mülkiyyət hüquqlarının kifayət qədər təmin olunmaması ölkənin müxtəlif sahələrdə texnoloji imkanlar əldə etməsini məhdudlaşdırır.”

ABŞ tərəfi ümid edir ki, bu sahədə ölkədə mühüm addımlar atılacaq.

"Sirr deyil ki, ABŞ-ın böyük proqram təminatı ixracatçılarının və əczaçılıq sahəsinin məhsulları sırf etibarlı məhkəmə-hüquq sistemi sayəsində piratçılıq halları ilə üzləşmir. Azərbaycan üçün digər bir vacib sahə kənd təsərrüfatıdır. Məsələn, ABŞ kənd təsərrüfatı texnologiyasının əsas ixracatçılarından birinə çevrilib. Bəzi şirkətlər üçün isə Azərbaycan təəssüflər olsun ki, əlçatan deyil. Bunun da səbəbi Azərbaycanda məhz əqli mülkiyyət hüquqlarının kifayət qədər təmin olunmamasıdır," səfir qeyd edib.

Bununla yanaşı o düeyib ki, Azərbaycan qısa müddətdə layihələr və islahatlarla mütərəqqi nəticələr əldə edə bilib.

ABŞ şirkətləri məhz vergi və gömrük islahatları ilə bağlı çox müsbət fikirlər və rəylər söyləyirlər. Məhkəmə və hüquq müstəvisindəki islahatlar bu mühitin daha da təkmilləşdiriləcəyinə ümid yaradır.
Li Litzenberger, ABŞ səfiri

“ABŞ şirkətləri məhz vergi və gömrük islahatları ilə bağlı çox müsbət fikirlər və rəylər söyləyirlər. Məhkəmə və hüquq müstəvisindəki islahatlar bu mühitin daha da təkmilləşdiriləcəyinə ümid yaradır. Hüquq müstəvisində islahatları həyata keçirdikdə, ilk növbədə islahatların daha geniş səpkidə keçiriləcəyini və sıravi vətəndaşların, eləcə də beynəlxalq şirkətlərin ondan paralel bəhrələnəcəyinə ümid edirik."

Səfir bildirib ki, "Cənub" qaz dəhlizi nəinki Azərbaycan üçün, eləcə də siyasi və enerji təhlükəsizliyi əhəmiyyəti baxımından önəmli xarakter daşıyır.

“Azərbaycan mühüm infrastruktur layihələrinin həyata keçməsinə nail olub. Onların sırasında mühüm infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars və Beynəlxalq Ticarət Limanının inşasını qeyd etmək olar, hansılar ki, yeni imkanların və münasibətlərin formalaşmasına mühüm əhəmiyyət kəsb edir," səfir qeyd edib.

Li Litzenberger həmçinin bildirib ki, bu günkü dialoq əqli mülkiyyət hüquqlarının, əmək, iqtisadi, ticarət məsələlərinə öz töhfəsini verəcək.

"Ümid edirəm ki, biz bu gün komissiyanın iclası çərçivəsində konkret gələcək layihələr üzrə işlərimizi necə davam edəcəyimizi və rəqəmləri artıra biləcəyimizlə bağlı konkret hədəfləri müəyyənləşdirə biləcəyik,” o qeyd edib.

ABŞ Dövlət Katibinin iqtisadi məsələlər üzrə nümayəndəsi Piter Haas çıxış edir
ABŞ Dövlət Katibinin iqtisadi məsələlər üzrə nümayəndəsi Piter Haas çıxış edir

ABŞ Dövlət Katibinin iqtisadi məsələlər üzrə nümayəndəsi Piter Haas bildirib ki, Azərbaycan və ABŞ əməkdaşlığı kifayət qədər uzun məsafə qət edib.

"Burada bir sıra sahə üzrə müzakirələr aparıla bilər ki, onların sırasında İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat neft və qaz sahələri və s. yer alır."

Onun sözlərinə görə, ABŞ-ın enerji məsələləri üzrə Dövlət Katibliyinin nümayəndələri və dövlət katibinin müavini gələn həftə Azərbaycana gələcək.

ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının birinci iclası 2007-ci il fevralın 7-də Bakı şəhərində, ikinci və üçüncü iclasları 2008-ci il noyabrın 17-də və 2012-ci il 17-18 apreldə Vaşinqton şəhərində keçiriliib. Komissiyanın Azərbaycan tərəfdən sədri maliyyə naziri Samir Şərifovdur.

XS
SM
MD
LG