Dekabrın 25-də axşam saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında dağıntı nəticəsində bir nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, AzTV-nin inzibati binasındakı 1 otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə Gülverdi Gülverdiyev dağıntılar altında qalaraq ölüb.
AztV-dən bildirblər ki, üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi Gülverdi Gülverdiyev həlak olub.
Dağıntının səbəbləri barədə məlumat verilmir.