Accessibility links

Azərbaycanda Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir


Azərbaycanda Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir
Azərbaycanda Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir

Azərbaycan vətəndaşları arasında HİV-ə yoluxma hallarının təxminən 64%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş verib

Dekabrın 1-i Ümumdünya AİDS-lə Mübarizə Günüdür.

Azərbaycan Səhiyyə nazirliyinin məlumatına görə,

hazırda Azərbaycanda 2673 nəfər HİV diaqnozu ilə qeydiyyatdadır.

Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, Azərbaycan vətəndaşları arasında HİV-ə yoluxma hallarının təxminən 64%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyatda olanların 2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır.

AİDS-lə Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanda AİDS-dən 318 nəfər dünyasını dəyişib.

Yerli və beynəlxalq ekspertlərə görə, İİV-ə yoluxmuş insanların həqiqi sayı rəsmi qeydə alınmış hallardan təxminən beş dəfə çox olduğunu iddia edir.

Ekspert Zülfiyyə Mustafayeva “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, hazırda HİV epidemiyası əhalinin yalnız 0,008 faizini əhatə edir. “Amma, yoluxma halları artmaqda davaç edir. Epidemiya əsasən narkotik istifadəçilər arasında yayılır: narkotik maddələri iynə ilə daxil edən narkomanlar arasında 60% təşkil edilir. Buna baxmayaraq, cinsi yolla keçən xəstəliklərin, seks xidməti göstərənlərin və əhalinin miqrasiyası bu epidemiyanın ümumi əhali arasında çox asanlıqla yayılmasına səbəb ola bilər”.

Əldə edilmiş məlumatlar göstərir ki, HİV daşıyıcısı olan vətəndaşların 18,5%-ı ölkədən xaricdə, əsasən Rusiya və Ukraynada bu virusa yoluxub və 4,1 % isə xarici vətəndaşlar təşkil edir. “Hazırda gənclər ən çox təsirə məruz qalmış demoqrafik qrupdur (HİVDİ-ın 21,3 %-i 20-29 və 43,8 % -i 30-39 yaşlı insanlardır. HİV infeksiyası halları Azərbaycanın bütün inzibati rayonlarında müəyyən edilib; 32,5%-ı Bakı şəhəri və Abşeron rayonu, regionlar üzrə isə 66%-dir”, - deyə ekspert qeyd edib.

XS
SM
MD
LG