Accessibility links

Azərbaycanda minimum aylıq əmək haqqı 93,5 manat olub


Azərbaycanda minimum aylıq əmək haqqı 93,5 manat olub
Azərbaycanda minimum aylıq əmək haqqı 93,5 manat olub

Ekspertlərin hesablamalarına görə, ölkədə minimum əmək haqqı və əmək pensiyası alanların sayı ümumilikdə 1 milyon 500 min nəfər təşkil edir.

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat (120 ABŞ dolları) müəyyən edilməsi barədə sərəncam imzalayıb. Bundan öncə, minimum əmək haqqı 85 manat idi.

Xatırladaq ki, ölkədə son 5 ildə orta aylıq minimum əməkhaqqı 63,5 manat artıb. 2006-cı ildə minimum aylıq əməkhaqqı 30 manat olub.

Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Ölkədə ən yüksək aylıq əmək haqqı alan hökumət rəhbərləri aşağıdakılardır. Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 10 avqust 2004-cü il tarixli sərəncamı ilə rəhbərlərin ayıq vəzifə maaşları belədir: Baş nazir - 1925 manat, Baş nazirin birinci müavini - 1700 manat, Baş nazirin müavini - 1625 manat, nazirlər - 1500 manat, komitə sədrləri - 1500 manat, Milli Bankın idarə heyətinin sədri - 1500 manat, Dövlət Sosial Müdafiə Fondunun sədri - 1500 manat, Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri - 1250 manat, nazirlərin birinci müavinləri - 1000 manat, Dövlət Komitəsi sədrlərinin birinci müavinləri - 1000 manat, Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini - 1000 manat, Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini - 1000 manat, nazir müavinləri - 875 manat, Dövlət Komitəsi sədrlərinin müavinləri - 875 manat, Milli Bankın idarə heyəti sədrinin müavinləri - 875 manat, Dövlət Sosial Müdafiə Fondu sədrinin müavinləri - 875 manat, Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarının rəhbərlərinin birinci müavinləri - 875 manat, Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri - 800 manat, Bakı şəhəri - 1500 manat,

Gəncə və Sumqayıt şəhərləri - 875 manat, şəhər, rayonlar və şəhər tabeliyində olan rayonlarda icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları əhalisi 50 min nəfərdən çox olan rayonlar - 750 manat, əhalisi 50 min nəfərədək olan rayonlar - 600 manatdır.

Bundan başqa, rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.

İndi isə ayıq maaş və pensiyaları minimum əmək haqqı miqdarında olanlar barədə: Azərbaycanda bu ilin əvvəlinə olan dəqiqləşdirilmiş statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 milyon 308 min 432 nəfərdir. Ekspertlərin hesablamalarına görə, ölkədə minimum əmək haqqı və əmək pensiyası alanların sayı ümumilikdə 1 milyon 500 min nəfər təşkil edir.

XS
SM
MD
LG