Accessibility links

Azərbaycanda CATEL şirkətinin rabitə sistemi bərpa edilir


Azərbaycanda CATEL şirkətinin rabitə sistemi bərpa edilir
Azərbaycanda CATEL şirkətinin rabitə sistemi bərpa edilir

CATEL (Caspian American Telecom) şirkəti 1997-ci ildə RİTN və Amerikanın Omni Metromedia Caspian Ltd şirkəti tərəfindən paritet əsaslarla birgə müəssisə şəklində təsis edilib. Bu, Azərbaycan telekommunikasiya bazarında simsiz rabitə üzrə lisenziya almış ilk şirkətdir. CATEL abunəçilərinin ümumi sayı təxminən 70 min təşkil edir.

CATEL şirkəti ilə bağlı problem indi də diqqət mərkəzindədir. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, 20 min telefon xəttini CATEL-in, eləcə də Bakı Telefon Rabitə İstehsalat Birliyinin infrastrukturu və texniki imkanlarından istifadə etməklə işlək vəziyyətdə saxlamaq mümkün olub. “Digər abunəçilərin xəttini işlək vəziyyətə gətirmək üçün isə hazırda müzakirələr gedir”, -deyə o qeyd edib.
CATEL abunəçilərinin hüquqları məsələsinə toxunan nazir müavini bildirib ki, onların hüquqları qanunvericiliklə müdafiə olunur. “Operatorun istifadəçilərlə müqavilələri var. Burada hər iki tərəfin məsuliyyəti müəyyən edilib. Nazirliyin vəzifəsi verilmiş lisenziyalar çərçivəsində xidmətin təşkilinə şərait yaratmaqdır. Şirkəti məhkəməyə vermək nazirliyin səlahiyyət dairəsində deyil”, - deyə o qeyd edib.
CATEL şəbəkəsində problemlər ilk dəfə bu il aprelin 1-də yaranıb. 415/417/418 indeksləri ilə və 040 prefiksi ilə başlayan nömrələrin abunəçiləri rabitədən məhrum olublar.
CATEL (Caspian American Telecom) şirkəti 1997-ci ildə RİTN və Amerikanın Omni Metromedia Caspian Ltd şirkəti tərəfindən paritet əsaslarla birgə müəssisə şəklində təsis edilib. Bu, Azərbaycan telekommunikasiya bazarında simsiz rabitə üzrə lisenziya almış ilk şirkətdir. Şirkət CDMA 2000 1x standartına uyğun simsiz rabitə xidməti göstərir. CATEL-in əhatə zonasına Bakı, Abşeron, Sumqayıt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Şəki, Şabran, Quba, Şamaxı, Lənkəran, Astara, Masallı, Cəlilabad və Tovuz daxildir.
2007-ci ilin aprelində şirkət rabitə bazarında yeni FONEX brendini təqdim edib. Bu brendlə mobil rabitə xidmətləri göstərir.
CATEL abunəçilərinin ümumi sayı təxminən 70 min təşkil edir. Onlardan təxminən 60 mini CDMA standartı üzrə simsiz rabitə abunəçisidir.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Amerikanın Səsi radiosunun sualının cavabında Azərbaycanda telefon xətlərinin dəyişdirilməsinin hədəf olmadığını deyib. “Çünki ATS-lər yeniləndikcə parametrlərə uyğun gəlməyən xətlər dəyişdirilir. Xüsusi cihazlar vasitəsi ilə yalnız müqaviməti deyil, sönmələr və digər parametrlərə uyğun olmayan xətlər müəyyən olunacaq və mərhələ-mərhələ dəyişdiriləcək”.
Nazir müavini Azərbaycan rabitə sisteminin sürətli İnternetə hazır olub-olmaması ilə bağlı sualın cavabında deyib ki, ölkədə qurulan elektron ATS-lər və yeni texnologiyalar xüsusi həssaslıq qabiliyyətinə malikdir. “Belə ki, yeni ATS-lər, qoşulan aparatın parametrləri bəlli normalardan aşağıdırsa, həmin aparatı qəbul etmir. Mövcud telefon xətləri normalara uyğundur. Normalara uyğun olmayan, nisbətən parametrləri aşağı olan, damarların kəsişməsində problem olan telefon xətləri isə mərhələ-mərhələ dəyişdiriləcək”, - deyə o qeyd edib.
Cənab Məmmədov şəhər telefonlarına limitin tətbiqi ilə bağlı sualın cavabında deyib ki, məsələ ilə bağlı hazırda şəbəkənin texniki hazırlığı yoxlanılır. “Bakı telefon şəbəkəsi buna tam hazırdır. Bakıda, eləcə də digər operatorların şəbəkələri və respublikada bu xidmətə keçid üzrə variantlar araşdırılır. Bu variantlar olarsa, əhaliyə hansı güzəştlərin tətbiq olunacağı məsələləri müzakirədədir. Bu xidmətə keçid üçün eyni zamanda Tarif Şurasına və digər qurumlara müraciət olunur. Hazırlıqlar gedir, ancaq yaxın aylarda keçid gözlənilmir”.
O mobil operatorların manat sisteminə keçidindən sonra bir sıra operatorların qiymətləri iki dəfədən çox endirdiyini deyib. “Kontur sistemində nəzarət mümkün deyildi, hazırda isə tam şəffaflıq yaranıb. Bazar üç operator tərəfindən ödənilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bazardakı durumu hər an monitorinq edir. Mobil bazarda həm SMS-lərdə, həm də İnternet xidmətində endirimlər olub”.

XS
SM
MD
LG