Accessibility links

Azərbaycanda 28 052 onkoloji xəstə var


Azərbaycanda 28 052 onkoloji xəstə var
Azərbaycanda 28 052 onkoloji xəstə var

Dünyada onkoloji xəstəlik diaqnozu ilə 20 milyon insan yaşayır.

Fevralın 4-ü bütün dünyada Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Günün 2012-ci il üçün mövzusu “Birlikdə bu mümkündür” seçilib. Bu mövzunun seçilməsində əsas məqsəd ayrı-ayrı fərdlərin, təşkilat və hökumətlərin birgə fəaliyyəti vasitəsilə 2025-ci ilə qədər xərçəng və digər qeyri-infeksion xəstəliklər nəticəsində baş verən vaxtından əvvəl ölüm hallarının sayını 25% azaltmağın mümkünlüyünü göstərməkdir. Bu barədə BMT-nin məlumatında deyilir.
BMT-nin hesablamalarına görə, dünyada xərçəng xəstəliyindən hər il 7 milyondan artıq insan həyatını itirir. Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2030-cu ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq. İlbəil bu xəstəliyə düçar olanların sayı çoxalır. Xəstəliyin bu qədər sürətlə artmasının əsas səbəblərindən biri də məlumatsızlıqdır.
Azərbaycanın baş onkoloqu Azad Kərimli Trend Agentliyinə müsahibəsində bildirib ki, ölkədə artıq insanlar onkoloji xəstəliklərin daha erkən mərhələdə aşkarlanmasına maraq göstərir.
Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanda 28 052 onkoloji xəstə qeydiyyata alınıb. Ölkədə kişilər arasında daha çox ağciyər, qadınlar arasında isə süd vəzisi xərçənginə təsadüf olunur.

XS
SM
MD
LG