Accessibility links

Azərbaycan və Türkiyə islam əxlaqına uyğun olmayan cərəyanlara qarşı mübarizə aparacaq


Azərbaycan və Türkiyə islam əxlaqına uyğun olmayan cərəyanlara qarşı mübarizə aparacaq
Azərbaycan və Türkiyə islam əxlaqına uyğun olmayan cərəyanlara qarşı mübarizə aparacaq

Türkiyənin Diyanət İşləri Başqanı Məhmət Görməz Azərbaycanda səfərdədir.

Türkiyənin Diyanət İşləri Başqanı Məhmət Görməz Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.

Səfər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi və Türkiyə Diyanət İşləri Başkanlığı birgə bəyannamə imzalayıb.
Sənəddə deyilir ki, Azərbaycan və Türkiyənin milli və dini dəyərlərinə, ənənəvi islam əxlaq prinsiplərinə uyğun olmayan zərərli dini cərəyanların yayılmasının, Qafqaz, Balkan və Anadolu da daxili olmaqla səbatsızlığa yol açan separatçı qüvvələrin, terrorçu təşkilatların, vətəndaş qarşıdurması yaradan bölücü hərəkətlərin ideoloji təbliğatının qarşısının alınmasnda müştərək səylər davam etdiriləcək və birgə əməkdaşlıq gücləndiriləcək.
Bəyannamədə, region üçün aktual strateji əhəmiyyət kəsb edən Qarabağ probleminin ədalətli həlli istiqamətində vahid mövqe nümayiş etdirilməsi qeyd olunub.
Türkiyə ilə Azərbaycan arasında dini və ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, habelə imam, axund və vaizlərin təcrübə mübadiləsinin təşkilinin fəallaşdırılmasının vacibliyi bildirilib.

XS
SM
MD
LG