Accessibility links

Azərbaycan-İsrail münasibətləri müzakirə olunub


Azərbaycan-İsrail münasibətləri müzakirə olunub
Azərbaycan-İsrail münasibətləri müzakirə olunub

İsrail nazirinin səfəri nüvə proqramı ilə bağlı İran ətrafında beynəlxalq münasibətlərin gərginləşdiyi və İran prezidentinin Ermənistana səfəri öncəsi dövrə təsadüf edir.

İsrailin milli infrastruktur naziri Uzi Landau Bakıda ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. Səfər proqramına Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayevlə görüşlər daxildir.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə tərəflər daha sıx əməkdaşlıq üçün böyük potensial olduğunu qeyd edib. Bu məqsədlə qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.
Tərəflər iqtisadi, ticarət, aqrar, informasiya texnologiyası sahələrində əlaqələrlə bağlı fikir mübadiləsi aparıb.

Görüşdə beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq məsələləri də müzakirə olunub.

İsrailin milli infrastruktur naziri prezident İlham Əliyev tərəfindən də qəbul edilib.

Xatırladaq ki, İsrail nazirinin səfəri nüvə proqramı ilə bağlı İran ətrafında beynəlxalq münasibətlərin gərginləşdiyi və İran prezidentinin Ermənistana səfəri öncəsi dövrə təsadüf edir. Eyni zamanda, İranda Azərbaycanın rəhbərləri, müstəqilliyi əleyhinə kəskin bəyanatlar səslənməkdədir. Rəsmi Tehran Azərbaycanın İsraillə münasibətlərinə qısqanc yanaşır.

Hazırda Azərbaycan və İsrail hərbi sənaye və energetika sahələrində aktiv əməkdaşlıq edir. İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir.

XS
SM
MD
LG