Accessibility links

Azərbaycan İslam Partiyasının lideri polis tərəfindən saxlanıb


Azərbaycan İslam Partiyasının lideri polis tərəfindən saxlanıb
Azərbaycan İslam Partiyasının lideri polis tərəfindən saxlanıb

Həm Azərbaycan Daxili İşlər Nazirliyi, həm də AİP məlumatın doğruluğunu təsdiq edir

Azərbaycan İslam Partiyasının (AİP) sədri Möhsün Səmədov və partiyanın digər üç fəalı polis tərəfindən saxlanıb.

AİP-in mətbuat katibi Akif Heydərli bildirib ki, partiyanın üç fəalına polisə tabe olmamaq ittihamı ilə 10 sutka inzibati həbs verilib.

AİP liderinin və digər partiya fəallarının həbsini əsassız adlandırıb. “Partiya lideri və fəallar qanun pozuntusuna yol verməyib. Həbsin səbəbi Möhsün Səmədovun AİP-in Ali Məclisinin sessiyasının son iclasında hicab məsələsinə münasibət bildirməsidir”, - deyə mətbuat katibi qeyd edib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında isə deyilir ki, dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı nazirliyə daxil olmuş məlumatlar əsasında bu il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Dəyanət Səmədovun işlədiyi elektrik malları mağazasından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Dəyanət Səmədov və mağazanın sahibi Mərdan Səmədov şübhəli şəxs qismində saxlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xatırladaq ki, yanvarın 2-də AİP Baş Məclisinin iclasında partiya lideri Möhsün Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını tənqid edib. O, Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.
AİP liderinin çıxışı YouTube-da yerləşdirilib.

XS
SM
MD
LG