Accessibility links

Azərbaycan saytlarına haker hücumu məqsədli olub


Azərbaycan saytlarına haker hücumu məqsədli olub
Azərbaycan saytlarına haker hücumu məqsədli olub

Yanvarın 16-da Azərbaycanın rəsmi saytlarına haker hücumu olub. Saytlar iki saatadək işləməyib.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti Azərbaycanın rəsmi saytlarına yanvarın 16-da edilmiş haker hücumu ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, haker müdaxiləsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən saytlara olub.
Mətbuat xidməti haker müdaxiləsinin müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirildiyi deyir, amma həmin məkanların adı açıqlanmır.
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə bildirib ki, vəziyyəti nəzarətə götürülüb, əlavə mühafizə tədbirlərinin görülməsinə başlanılıb. “Haker hücumu məqsədli xarakter daşıyıb”, - deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 16-da Azərbaycanın rəsmi saytlarına haker hücumu olub. On beşədək rəsmi saytın işi rejimi iki saatadək pozulub.

XS
SM
MD
LG